İnternetdəki problem nə ilə bağlı olub?
“Delta Telecom”dan ölkə ərazisində internet təchizatında yaranan problemlə bağlı saytımıza açıqlama verilib.
Rakus.az xəbər verir ki, “Delta Telecom”dan verilən məlumata görə, internetdə kəsinti yoxdur:
“Bəzi istiqamətlərdə keyfiyyəti yüksəltmək üçün profilaktik tədbirlər həyata keçirilməsi ilə əlaqədar olaraq sıxlıqlar yaranıb.
Karantin rejimində istifadəçilərin çoxluğu ilə əlaqədar belə hallar yaşana bilər. Ölkədə internet kəsintisi barədə məlumatlar yanlışdır”.
17:21
Hazırda ölkədə internetə girişdə çətinlik yaranıb.
Rakus.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, problem bu gün səhər saatlarından ortaya çıxıb.
Belə ki, ölkənin bəzi bölgələrində internet təchizatında çətinliklər müşahidə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a bildirilib ki, nazirliyə bununla bağlı heç bir şikayət daxil olmayıb.
KATV1-in marketinq şöbəsinin rəhbəri Əli Əliyev deyib ki, internet trafikinin verilməsində problemlər provayderlərin özündə yox, onlara trafiki təqdim edən operatorda yaranıb.
Ə.Əliyev deyib ki, hazırda bərpa işləri aparılır və 15-20 dəqiqə ərzində abunəçilərə internet normal qaydada veriləcək.