Türkiyənin Tibb Elmləri Universitetinin nəzdindəki xəstəxanada dünyaya gələn körpələrə koronavirusdan müdafiə tədbirləri çərçivəsində tibb işçilərinin özlərinin hazırladıqları üz sipəri taxılır.
Rakus.az xəbər verir ki, bir çox hallarda COVID-19-a yoluxma simptomsuz müşahidə edilir. Buna görə anaların arasında daşıyıcıların ola biləcəyi istisna deyil.
Uşaqların immun sisteminin tam inkişaf etmədiyi və mümkün infeksiyalarldan onları qoruya bilmək üçün xəstəxanada bu addım atılıb.