Bu yolla ölüm hallarının azatmaq olar – MƏSLƏHƏT
Duz əvəzediciləri bütün dünyada yüz minlərlə ölümün qarşısını almağa kömək edə bilər. Əgər, məsələn, Çində qan təzyiqini azaldan duz əvəzediciləri tətbiq edilsə, ürək-damar xəstəliklərindən ildə, təxminən, 460 000, o cümlədən, insultdan 208 000 ölüm halının qarşısını almaq olar.
Rakus.az xəbər verir ki, belə bir nəticəyə Avstraliyada yerləşən Qlobal Səhiyyə İnstitutunun mütəxəssisləri apardıqları araşdırmalar zamanı gəliblər.
Duz əvəzediciləri böyrəyin xroniki xəstəlikləri hallarının da sayını ildə, təxminən, 120 000-ə qədər azalda bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bütün dünyada ölümlərin təxminən 30%-i əsas risk faktoru hipertoniya olan ürək-damar xəstəlikləri nəticəsində baş verir. Yüksək təzyiq isə əksər vaxt duzdan çox istifadə edənlərdə müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, adi məişət duzundan kaliumla zənginləşdirilmiş əvəzedicilərə keçməklə, yalnız Çində ildə təxminən yarım milyon insanın həyatını xilas etmək olar. Belə ki, bu ölkədə duzdan çox istifadə olunduğu üçün natriumun yüksək miqdarda istehlakı müşahidə olunur.
Əvəzedicilərin tərkibində natrium xlorid adi duza (təxminən 70% natruim və 30% kalium xlorid) nisbətən az olur. Əvəzedici ilə adi duzun dadı arasında böyük fərq hiss olunmadığı halda, bu nisbət insan səhhəti üçün daha faydalıdır.