Bakının Maştağa qəsəbəsində fərdi evdə baş verən yanğın söndürülüb.
Rakus.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.
Hadisə Maştağa qəsəbəsi, 22 saylı tam orta məktəbinin yaxınlığındakı fərdi yaşayış evində qeydə alınıb.
Əraziyə Nazirliyin yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub və alovun qarşısı tam alınıb.