Polis arasında da qanunun tələbini pozanlar var – DİN
Daxili İşlər Nazirliyi mütəmadi olaraq cəmiyyətin müəyyən sferalarından olan şəxslərin xüsusi karantin rejimi qaydalarını pozulmasına dair məlumatlar yayır.
Rakus.az xəbər verir ki, ölkədə elan edilən xüsusi karantin rejimi müddətində prosesə nəzarət edən polis arasında da qanunun tələbini pozanlar var.
Belə ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarına nəzarət edilməsində daxili işlər orqanları əməkdaşlarının danılmaz xidmətləri var:
“Görülən tədbirlər ictimaiyyət tərəfindən də dəstəklənir. Lakin bununla belə, rejimin tələblərinə nəzarət edən şəxsi heyət arasında çox az sayda olsa da, xidməti vəzifələrinə laqeyd yanaşan, səhlənkarlıq edən əməkdaşlar olub və belələri barəsində müvafiq intizam tədbirləri görülüb”.