Əməkdar artistin ilk sevgilisi intihar edib – FAKT - VİDEO
Sevgidən danışan müğənni ailəsində yaşanan hadisəni bölüşüb: “Bibim öləndə həyat yoldaşı 3 gün çörək yemədi. Arvadının ölümünü qəbul edə bilmirdi. Üç gün onun qəbrinin üstündə ağladı və orda da dünyasını dəyişdi”.
K.Kərimova aparıcı Nanə Ağamalıyevanın “Şou ATV” verilişində “Dərdinizdən ölən olubmu” sualına belə cavab verib: “Sevgidən cismən ölən deyirik… Belə bir şey olub, indi də var. Biz sənət adamlayırıq, bu şeylər bizim üçün əlçatmaz deyil. Dərdindən ölmək hər cür var: xanım və ya sənətçi kimi”.
Könül daha sonra sevgidən ilham aldığını deyib:
“Sevərək yaşamağı seçərdim. Eqoist insanlar sevilərək yaşamağı arzulayır. Sevgisiz həyat maraqsız olur. Sevirsənsə, həyatda hər şeyə nail olacaqsan. Sevgi insana güc verir. Hər cür sevgi var, birmənalı deyil. O vaxtlar hər şey gözəl idi. İndi elə bilirlər ki, sevgi əl-ələ tutub, bulvara getməkdir.
İlk dəfə 8-ci sinifdə oxuyanda sevgi hissini yaşadım. Bütün günü oturub gözləyirdim ki, o, dərsə gəlsin. Platonik sevgi idi, heç kimin yanında deməmişəm. Düşünürdüm ki, kimsə eşitsə, qəbahət olar. Həmin oğlan sonra intihar etdi. Bacısına məktub yazıb qoymuşdu ki, xoşbəxt olmadım”.