COVID-19 Avropa İttifaqını parçalayır
Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri pandemiya səbəbindən qurumun dağılma ehtimalını qiymətləndirib.
Rakus.az xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib:
“Koronavirusun yaratdığı böhran 2009-cu ildəki Avrozona böhranından daha güclü ola bilər, ancaq fikir ayrılığı və ya “AB-nin sonu” barədə söhbət əsassızdır”.
Onun sözlərinə görə, pandemiyanın ilkin mərhələsində Aİ fəaliyyətdə koordinasiyaya ehtiyac görmürdü, amma indi Brüssel və İttifaq ölkələri birlikdə işləyirlər:
“Bütün problemlərdə Aİ-ni günahlandırmaq ümumi taktikadır və bəzən üzv ölkələr də bunu edirlər. Doğrudur, pandemiyanın başlanğıc mərhələsində Aİ-nin fəaliyyətində uyğunlaşma olmadı. Buna baxmayaraq, indi biz həm sərhədlərimiz daxilində, həm də qonşularımızla birlikdə koronavirusa və onun nəticələrinə qarşı müvəffəqiyyətlə mübarizə aparırıq”.