“Biz öyrəşmişik “Barbi” kukla Rühəngizə” - FOTO
“Yemək bişirməyi və dekor işlərini çox sevirəm. Amma karantinə görə dırnaqlarımı uzada bilmədim. Uşaqlar səhər açılandan gecəyə kimi yemək yeyirlər”.
Rakus.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva ATV-də yayımlanan “7 canlı” axşam şousunda deyib.
Karantin günlərini daha çox mətbəxdə keçirən sənətçi yaddaşlara “səhnəmizin “Barbi” kuklası” kimi həkk olunsa da, artıq bu obrazdan imtina etdiyini bildirib:
“Məndən hamı “Barbi” kukla Rühəngizi istəyir. Amma artıq o yaşda deyiləm. İmicimdə dəyişiklik olmalıdır. Deyirlər ki, biz öyrəşmişik “Barbi” kukla Rühəngizə.
Bəzən gedəcəyim toyun səbəbkarları deyirlər ki, məclisimizə “Barbi” libasında gəlin. Çünki insanların yaddaşında mən “Barbi” kukla Rühəngiz kimi qalmışam. İstəyirlər elə də qalım”.
Əməkdar artist SSRİ Xalq artisti Alla Puqaçova ilə oxşarlığından da söhbət açıb: “Alla Puqaçovanın heyranıyam. “Instagram”da onun şəkillərinə baxanda məndə elə bir təəssürat yaranır ki, geyindiyim libaslar, etdiyim saç düzümləri çox oxşardır. Sanki Alla bunlarda əkiz tayımdır”.