Hadisə 02.05.2020 15:00

Gəncədə karantinə necə əməl olunur?

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminə tam nəzarət edir.

Rakus.az xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, polislər xidməti avtomobillərlə şəhərin mərkəzi küçə və prospektlərilə yanaşı, kənar məhəllə və qəsəbələrdə səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin qaydalarına riayət etmələrini məsləhət görür, onları evlərini yalnız hansı hallarda tərk edəcəkləri ilə bağlı maarifləndirir.

Gəncənin Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Heydər Əliyev və Nəriman Nərimanov prospektlərində və digər əsas küçələrdə polislər şəhərdaxili nəqliyyatın hərəkətini yoxlayır. Şəxsi avtomobillərlə yanaşı, ictimai nəqliyyata da baxış keçirilir. Karantin qaydalarına riayət etməyərək yaşadıqları evdən icazəsiz çıxan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunurlar.

Polislər piyadalara da nəzarət edir, onların icazə alıb-almadıqlarını və ya işlədikləri yerdən arayışlarının olub-olmadığını yoxlayır. Eyni zamanda onlara tibbi maska və əlcəkdən istifadə etmələri tövsiyə olunur. Karantin qaydalarını pozan vətəndaşlar barəsində isə cərmələr tərtib edilir.

Gəncədə xüsusi karantin rejiminə nəzarət edilməsinə Daxili Qoşunların hərbçiləri də cəlb olunub. Onlar da polis əməkdaşları ilə birgə hər gün xidməti vəzifələrini yerinə yetirirlər.

Şəhərin Şərq çıxışında (Gəncə-Bakı yolu), Qərb çıxışında (Şəmkir-Gəncə, Gəncə-Daşkəsən, həmçinin Gəncə-Göygöl yolu) və Gəncə-Samux avtomobil yollarında ümumilikdə 8 post qurulub. Xüsusi karantin rejimi ilə əlaqədar şəhərə giriş-çıxış məhdudlaşdırılıb. Gün ərzində yüzlərlə avtomobil dayandırılaraq yoxlanılır, şəhərə giriş-çıxış icazəsi olmayan nəqliyyat vasitələri və vətəndaşlar geri qaytarılır.

Gəncə şəhərində karantin rejimi dövründə bu günə qədər ümumilikdə 1 184 nəfər barəsində qaydaları pozduqlarına protokol tərtib edilib. Onlardan 12 nəfəri məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Minlərlə avtomobilin isə şəhərə girişinə icazə verilməyib.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Bununla əlaqədar Bakı, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonunla yanaşı Gəncə şəhəri üzrə də mayın 31-nə qədər yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi qüvvədə qalır. Karantin qaydalarına uyğun olaraq icazə olmadan Gəncə şəhərinə də girişi-çıxış qadağandır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO