Köpək balığı 26 yaşlı gənci öldürdü
Şimali Kaliforniya rəsmiləri keçən həftə sonu Monterey körfəzi yaxınlığında köpək balığının sörf edən 26 yaşlı bir gəncə hücum edərək, öldürdüyünü bildirib.
Rakus.az xəbər verir ki, Santa Kruz polis məntəqəsi qurbanın Ben Kelli adlı şəxs olduğunu təsbit edib.
Kaliforniya Ştatı Parklar İdarəsindən verilən məlumata görə, Kelli şənbə günü günorta saatlarında Monterey körfəzinin şimalındakı Manresa çimərliyi yaxınlığında sörf edərkən naməlum növ köpək balığı tərəfindən hücuma məruz qalıb.
Şahidlər hücumun sahildən təxminən 90 metr məsafədə baş verdiyini deyib.
Ben Kelly yeniyetmə yaşlarından bəri üzgüçülük lövhələrini özü düzəldən cəsarətli sörfer kimi tanınırdı.
Koronavirus böhranı zamanı fiziki uzaqlaşma normalarını qorumaq üçün çimərlik qonaqlar üçün bağlansa da, üzməyə və sörf etməyə icazə verilirdi.