YENİLƏNDİ: Peskovun xanımına virus düşdü
Kremlin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskovun xanımı Tatyana Navka da koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilib.
Rakus.az xəbər verir ki, o, bu barədə “Daily Storm”a bildirib.
“Biz həkimlərin nəzarətindəyik. Hər şey qaydasındadır. Mən praktiki olaraq iki günə özümə gəlirəm, hər şey normallaşıb… Deyirlər, qadınlar bunu daha rahat keçirir. Yəqin ki, bu, doğrudur. Dmitri Sergeyeviç də nəzarətdədir.
Müalicə alırıq. Hazırda xəstəxanadayıq. Ailənin digər üzvlərini (yoluxma riskindən) qorumaq üçün xəstəxanada qalmağı qərara aldıq. Ailə sərt təcrid rejimindədir. Həyat yoldaşım işləyirdi. Bununla bağlı bir tezis var, ondan keçib, çünki birinci o xəstələnib. O, bunu işdən gətirib”, – T.Navka vurğulayıb.
16:41
Rusiya prezidenti Vladimir Putinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov koronavirusa yoluxub.
Bu barədə “RİA Novosti” öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, o, hazırda xəstəxanadadır.