Sağlam qalmaq üçün bu qidalardan yararlanın – MƏSLƏHƏT
İnsanların sağlamlığı üçün qida mühüm əhəmiyyət kəsb edir.
Rakus.az xəbər verir ki, düzgün qidalanmaq orqanizmin sağlam qalması üçün mühüm şərtlərdən biridir.
Bunu nəzərə alaraq, hazırlanması çətin olmayan bu menyunu hazırlanması qaydasını təqdim edirik,
Şabalıdlı toyuq
Ərzaqlar:
Toyuq – 1 ədəd
Şabalıd – 100 qr.
Nar – 50 qr.
Heyva – 1 ədəd
Bitki yağı – 2 x.q.
Duz, istiot zövqə görə
Hazırlanması:
Şabalıdı suda bişirib, qabığından çıxarın. Sonra toyuğu ütüb, yuyun. Heyvanın qabığını soyub, kub formasında doğrayın. Narı, şabalıdı, heyvanı toyuğun içərisinə doldurub, tikin. Üstünə yağ, zövqə görə duz, istiot sürtüb, sobada 200 dərəcədə bişirin.
Qafqaz salatı
Ərzaqlar:
Kələm – 150 qr.
Kök – 2 ədəd
Sirkə – 1 x.q.
Mal əti – 100 qr.
Kartof – 2 ədəd
Bişmiş heyva – 1 ədəd
Mayonez – 100 qr.
Bitki yağı – 2 stəkan
Duz – zövqə görə
Hazırlanması:
Kələmi xırda doğrayıb, üzərinə duz, sirkə və bir az bitki yağı əlavə edib, iki saat saxlayın. Kökü sürtgəcdən keçirin. Kartofları nazik və uzunsov doğrayıb, yağda qızardın. Əti kub formasında doğrayıb, yağda qovurun. Xırda doğranmış heyvanı suda bişirin. Ərzaqların hamısını bir yerə qatıb, duz, mayonez əlavə edib qarışdırın.
Truma
Ərzaqlar:
Qoyun əti – 150 qr.
İspanaq – 200 qr.
Yoqurt – 15 qr.
Duru yağ
Soğan – 1 ədəd
Sarıkök – 10 qr.
Keşniş – 1 dəstə
Qırmızı istiot və duz zövqə görə
Hazırlanması:
Xırda doğranmış soğanı qaynar duru yağa töküb, üzərinə sarıkök səpib, 3-4 dəqiqə qızart. Sonra soğanın üstünə xırda doğranmış quzu ətini və bir az su əlavə edib, vam odda 1 saat bişir. Bişənə yaxın xırda doğranmış keşnişi, ispanağı, yoqurtu, duzu və istiotu əlavə edərək, qarışdırıb, vam odda 15-20 dəqiqə saxlayın. Süfrəyə verərkən yanına düyü və ya püre qoyun.