Rusiyada son bir gündə daha 9 974 nəfərə koronavirus diaqnozu qoyulub.
Rakus.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 252 245 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 93 nəfər artaraq 2 305-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 53 530 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 4 712.