“Ən yüksəkdə, pik nöqtədəyəm…”
“Hər il deyirəm ki, televiziyadan gedəcəm. Özü də yay ayları yaxınlaşanda başlayıram. Bu günlərdə də deyirəm ki, bəsdir, bitirəcəm verilişi, gedəcəm televiziyadan”.
Rakus.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev Əməkdar artist Bəhram Bağırzadənin “İnstaqram”da canlı yayımda qonağı olarkən deyib. Zaur fəaliyyətindən, aparıcılığından danışıb. O, hər il efirdən getməyi düşündüyünü söyləyib:
“Getmək fiziki, mənəvi yorğunluq və işin ağırlığındandır. Yaş da öz işini görür. Daha sakit yer axtarırsan. Sonra elə hallar səni ruhlandırır ki, yenə atılırsan işinə. Düşünürəm, elə gün gələcək özüm düşünəcəm ki, bəsdir. Burada vergül yox, nöqtə qoymaq lazımdır.
Hazırda özümü görmək istədiyim yerdəyəm. Ən yüksəkdə, pik nöqtədəyəm”.
Qızından söz açan Zaur “Dilavər dünyaya gələndə Günayla (həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva – red.) arzu etdik ki, onun hər ad gününü bir ölkədə qeyd edəcəyik. Ona görə də hər il pulumuzu yığıb harasa gedirik” sözlərini əlavə edib.