Mədəni 17.05.2020 13:13

“Əsas odur qəlblərə toxunum…” - VİDEO

Koronavirus pandemiyası səbəbi ilə bu il “Avroviziya” beynəlxalq mahnı yarışmasının keçirilməsi təxirə salınsa da, müsabiqənin təşkilatçıları ötən gecə tamaşaçılara sözügədən layihənin konsert formatını təqdim ediblər.  

Rakus.az xəbər verir ki, r verir ki, “İctimai Televiziya”da canlı yayımlanan musiqili şouda Azərbaycan təmsilçisi Samirə Əfəndi “YouTube” videoplatformasının məşhur siması, eləcə də layihənin onlayın aparıcısı 25 yaşlı “beauty” (gözəllik) bloqeri Nikki de Yagerlə həmsöhbət olub.

Təmsilçimiz “Kleopatra” mahnısından söz açıb: “Mahnım güclü qadın haqqındadır. Bu mahnı insanlara bir mesajdır ki, həyatda heç bir üzüntülərə baxmayaraq, məqsədinizə doğru gedin. Gözəl sabahın açılacağına mütləq inanın. Ən doğrusunu qəbinizdəki səs sizə deyəcək. O səsə inanıb, onu dinləmək lazımdır”.

Daha sonra Samirə səsi canlı yayıma düşən tutuquşulara görə üzrxahlıq edərək, bu kəlmələri dilə gətirib: “Burdakı tutuquşuların səsinə görə sizdən üzr istəyirəm (gülür). İnanıram ki, bizim dialoqumuz əsnasında onların səsləri mane olmayacaq. Onların adları məşhur cizgi filmindən yaxşı tanıdığımız Çip və Deyldir. Əfsuslar olsun ki, onları sizə göstərə bilməyəcəyəm, çünki çox uzaqdadırlar”.

Daha sonra Nikki təmsilçimizin “Avroviziya” səhnə tərtibatı, geyimi və perfomansının necə olacağından bəs etməyini istəyib.

“Bizim çoxlu düşüncələrimiz və planlarımız var idi. Sadəcə karantin elan olduqdan sonra hər şey dayandı. Tam dəqiq necə olacağını əfsuslar olsun ki, deyə bilməyəcəyəm. Çünki o ərəfəyə gəlib çatmadıq. Amma dəqiq onu deyə bilərəm ki, klipdəki bəzi elementlər səhnədə də olacaqdı. Açıb demək istəmirəm, bu hansı elementlər idi. Çünki düşünürük ki, bu il istifadə etmədiyimiz həmin o elementləru gələn il səhnədə nəhayət ki, ərsəyə gətirə biləcəyik. Amma çoxlu qızıl elementləri olacaq. Axı qadına yaraşan elə qızıllardır”, – deyə ifaçı qeyd edib.

Samirə müsahibəsində gələn il oxuyacağı mahnısından da bəhs edib: “Fərqi yoxdur, hansı tərzdə mahnı oxuyacağam. Bu, dinamik musiqi də ola bilər, həzin ballada da. Əsas odur ki, insanlara öz mesajımı çatdıra bilim və qəlblərə toxunum”.

Onlayın müsahibənin sonuna yaxın Nikki de Yager Samirə Əfəndidən “Kleopatra” mahnısını akapella oxumağını istəyib. Samirə isə həzin səsi ilə bəstəni canlı yayımda akapella şəklində səsləndirib. Nikkinin 12 xalını hansı ölkəyə verərdin sualına Əfəndi “Malta” cavabı verib.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO