Səfir Du Veyin ölümü ilə əlaqədar istintaq aparmaq üçün Çindən İsrailə xüsusi heyət yollanacaq.
Rakus.az xəbər verir ki, bundan sonra onun cənazəsi dəfn edilmək üçün vətəninə aparılacaq.
Çinin İsraildəki səfiri, 57 yaşlı Du Vey mayın 17-də Təl-Əviv yaxınlığındakı iqamətgahında, öz yatağında ölmüş halda tapılıb.
İsrail mediasının məlumatına görə, diplomatın bədənində zorakılıq izlərinə rast gəlinməyib.
Səfirin ürəktutmadan öldüyü ehtimal edilir.
Məlumata görə, Du Vey bu vəzifəyə cari ilin fevral ayında təyin olunmuşdu. Bundan əvvəl isə o, Ukraynada Çini təmsil edirdi.