Hadisə 18.05.2020 12:25

Üç ayda yol qəzaları ilə bağlı STATİSTİKA açıqlandı

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 421 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Rakus.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub.

Onlardan 181-i həlak olub, 378-i isə yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olub.

Bu ilin yanvar-mart ayları ərzində baş verən bütün yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,1 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 6 hadisə baş verib, nəticədə 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hadisələrin 50 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bundan başqa, bu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 841,7 min olub. Xətaların 39,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 11,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 25,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO