Mədəni 20.05.2020 19:13

“Bu sevincin mənbəyini anlaya bilmirəm…”

“İnsanların bu qədər aqresiv olmasını anlamıram. Hərdən bunu çözmək istəyirəm. Karantin günlərində də insanlar bir-birinə dayaq olmaq əvəzinə tənqid yazır, əsəb göstərirdilər. Əgər pandemiya bizi birləşdirmədisə, nə birləşdirə bilər?”

Rakus.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova “İnstaqram”da canlı yayımda deyib.

Əməkdar artistlər Tahir və Cabir İmanovun virtual qonağı olan aparıcı sosial şəbəkədəki tənqidlərdən bəhs edib.

O bildirib ki, karantin günlərində evdən yalnız işlə bağlı çıxıb: “Yalnız işə gedib-gəldim. Başqa günlər də evdə oturdum”.

N.Cəlilova telekanallardan bəhs edərək bunları söyləyib: “Televiziyalar dövrün və zamanın tələblərinə uyğun hərəkət etməlidir. Cəmiyyətdən bir addım öndə olmalıdır. Hətta saytlarda dərc edilən xəbərləri də qabaqlamalıdır. Çox təəssüf ki, hazırda tam əksini görürük. Ona görə də indi çoxları deyir ki, Azərbaycan kanallarına baxmırıq, maraqsızdır.

Verilişlərdə eyni fikirlər başqa-başqa cümlələrlə səsləndirilir. Buna görə də tamaşaçıya maraqsız gəlir.

Niyə bilmirəm, amma tamaşaçılar insanların efirdə yazıq vəziyyətini görmək istəyirlər. Yaşa dolmuş yaradıcı insan formadadırsa, təravətini itirməyibsə, ağlı başındadırsa, izləyicilər ona xoşagəlməz sözlər yazırlar, zahiri görünüşünü lağa qoyurlar. Amma yaşa dolmuş incəsənət nümayəndəsi bir problem yaşayırsa, insanların dərhal ona yazığı gəlir və dəstək olmağa başlayırlar”.

N.Cəlilova toyların dayandırılmasından da bəhs edib.

O, sosial şəbəkədə el şənliklərinin sentyabra qədər təxirə salınması xəbərinə belə reaksiya verib: “Dostumuz Murad Arif sosial şəbəkə hesabında yayılan bu xəbərlərlə bağlı iradını bildirdi. Toy qadağasına sevinən insanlar, nəyə görə sevinirsiz? Ən işlək bizneslərdən biri də toydur. Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO