ABŞ-ın Texas ştatında yerləşən Rayt Patman gölündə meydana gələn su tornadosu ətrafda yaşayan sakinlərin marağına səbəb olub.
Rakus.az xəbər verir ki, ərazidə yaşayanlar qeyri-adi təbiət hadisəsini telefonlarına çəkərək ictimailəşdiriblər.
Xatırladaq ki, su hövzəsinin üzərində meydana gələn hava burulğanı suyu arxasınca çəkərək tornado effekti yaradır.