COVID-19 Hindistanda qorxu saçır
Hindistanda son sutka ərzində aşkar olunan koronavirusa yoluxma hallarının sayı 6 654 nəfər olub.
Rakus.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, yoluxma hallarının sayı artıq 125 mini keçib – 125 101 nəfər.
Nazirliyin məlumatında ölkədə 65 597 nəfərin müalicə olunduğu qeyd edilib. O da bildirilib ki, 51 783 nəfər koronavirusdan sağalıb (son sutkada 3 250 nəfər), 3 720 nəfər (son sutkada 137 nəfər) isə pandemiyanın qurbanı olub.
Xatırladaq ki, daha əvvəl Hindistanın Daxili İşlər Nazirliyi ölkədə martın 25-dən qüvvədə olan təcrid rejimini mayın 31-dək uzadaraq, ştatlara koronavirus xəstələrinin sayından asılı olaraq “qırmızı”, “narıncı” və “yaşıl” zonaların ayrılmasını tapşırıb. “Yaşıl” və “narıncı” zonalarda müəyyən məhdudiyyətlərlə olsa da, taksi və ictimai nəqliyyatdan istifadə, zavodların və ayrı-ayrı mağazaların işinə icazə verilir. Səlahiyyətlilər daxili və beynəlxalq uçuşlara qoyulan qadağanın müddətini uzadıb.
Eyni zamanda, təcrid rejimi dövründə məktəblərin və universitetlərin, hotellərin, böyük ticarət mərkəzlərinin və restoranların işi qadağandır. Bütün kütləvi tədbirlər, o cümlədən dini tədbirlər qadağan olunub.