Dünya 24.05.2020 11:49

Türkiyədə COVID-19-dan 4 min nəfər öldü

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq yoluxmaların gündəlik aşkarlanması və ölüm halları davam edir.

Rakus.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 23-də ölkə üzrə 40 min 178 nəfər testdən keçirilib. Onlardan 1186 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1491 nəfər sağalıb, 32 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 117 min 602, ölənlərin sayı isə 4 min 308 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 807 min 673 nəfər testdən keçirilib. Hazırda 775 nəfər reanimasiyada, 388 xəstə süni nəfər aparatına qoşulmuş vəziyyətdədir.

Həyata keçirilən tədbirlər çərçivəsində növbəti dəfə komendant saatı tətbiq olunub. Əvvəlki vaxtlardan fərqli olaraq budəfəki komendant saatı rejimi 31 vilayəti yox, bütün ölkəni əhatə edir. Mayın 23-də yerli vaxtla saat 00.00-dan qüvvəyə minən sosial rejim qaydası dörd gün davam edəcək. Komendant saatına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir.

Məlum pandemiya ilə əlaqədar vətəndaşların saxlandığı yataqxanalar tamamilə boşaldılıb. Bu günə qədər ölkə üzrə 76 şəhərdə yerləşən yataqxanalarda ümumilikdə 77 min 441 nəfər karantin həyatı yaşayıb. Karantində saxlanılanlar xaricdən gətirilənlər olub. Pandemiya ilə mübarizənin ikinci mərhələsinə dair proqrama əsasən gediş-gəlişdəki məhdudiyyətlər aradan qaldırılandan sonra ölkəyə gələnlər gömrük-keçid məntəqələrində yoxlanılacaq və ev şəraitində məcburi qaydada iki həftəlik karantin yaşayacaqlar.

Məlum problem qardaş ölkədəki azərbaycanlılardan da yan keçməyib. İndiyədək Türkiyədə 28 vətəndaşımız infeksiyaya yoluxub. Bu günədək həmin xəstələrdən beşi vəfat edib. İnfeksiyaya yoluxan vətəndaşlarımızın əksəriyyətinin müalicəsi uğurlu olub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO