Rusiya Federasiyasının İstintaq Komitəsi Soçi-Moskva aviareysində iki sərnişin arasında qeydə alınan dava ilə əlaqədar cinayət işi açıb.
Rakus.az xəbər verir ki, 2001 və 1986-cı il təvəllüdlü iki sərnişin Moskvanın “Domodedovo” hava limanına enən təyyarənin göyərtəsində əlbəyaxa dalaşıblar.
İnsident sərnişinlərdən birinin COVID-19 pandemiyası ilə əlaqədar sosial məsafə qaydalarına riayət etməməsi nəticəsində baş verib.