Mədəni 31.05.2020 19:13

“Bakıda rahat olmaq mümkün deyil…” - VİDEO

“Yanımdakı insanlara tapşırmışam ki, nə vaxt ağlım başımdan getsə, şapalaq vurun, özümə gəlim. Bu sənətə gələn gənclərə heç vaxt məsləhət vermərəm, işlərinə qarışmaram. Bu, pisdir və ya yaxşıdır, demərəm. Kiminsə ailə qurması, ya boşanmasına şərh bildirmərəm. Aktrisalardan biri (Əməkdar artist Məlahət Abbasova – red.) haqqımda xoşagəlməz sözlər demişdi. Ona cavab qaytarandan sonra üç gün yata bilmədim. Gərək ona cavab verməzdim. Ən yaxşısı məndən danışsınlar. Mən isə reaksiya verməyim. Gecə də rahat yatım. Çünki çox ağır cavab verirəm. Evdə də deyirlər ki, Röyanın çox ağır dili var. Bir kəlmə ilə insanın xətrinə dəyə bilərəm. Özümə söz vermişəm, danışmayacağam. Amma bilmirəm, nə zamana kimi susub, danışmayacağam”.

Rakus.az xəbər verir ki, əbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İctimai Televiziyada (İTV) yayımlanan “Fatehin divanı” axşam şousunda qonaq olarkən özünə qoyduğu qadağalardan bəhs edərkən deyib.

“Komandamın 12 üzvü var. Onların arasında Türkiyə vətəndaşları da var”, -Röya mütəmadi olaraq əsəblərini müalicə etdiyini açıqlayıb: “Əsəblərimi və ruh halımı qaydaya salmaq üçün Türkiyədə müalicə alırdım. Sərhədlər bağlı olduğundan bunları edə bilmirəm. Burada da heç bir həkimlə ünsiyyətdə olmamışam. 2015-ci ildən sonra anladım ki, əsəblərim yerində deyil. Kimsə nəsə deyəndə, ağlamağa başlayırdım. Həkimlə danışanda anladım ki, bu, uşaqlıqdan bəri məndə qalan psixoloji problemdir.

Yalnız İstanbuldakı mənzilimdə rahatlıq tapa bilirəm. Orada olduğum zaman evə nə yemək bişirən, nə də ev yığışdıran şəxs gəlir. Tək qalıb, sakitləşirəm. Bakıda rahat olmaq mümkün deyil. Səhər yuxudan oyanıram, ev işləri ilə məşğul olan Almaz xanım mənə hesabat verməyə başlayır: “Filankəsin maaşı çatıb, filankəsi həsb ediblər, xahiş etmək lazımdır ki, onu azadlığa buraxsınlar, filankəs yıxılıb”. Deyirəm ki, yuxudan ayılmağıma imkan ver”.

Proqramın gedişatında sənətçi çəkdirdiyi açıq-saçıq və qalmaqallı fotosessiyasından danışıb: “Açıq-saçıq obrazı “Göndər” klipində canlandırmışdım. O zaman 47 kiloqram idim. Həmin fotosessiya çox danışılmadı. Bu dəfəki fotosessiya isə çəkim 60 kiloqrama çatıb. Hamı son çəkdirdiyim şəkilləri xoşladı (gülür)”.

“Qadınlar məni ərlərinə qısqanmırlar”, – Röya bu mövzuda fikirlərini belə davam edib:

“Bu fotosessiyada yer alan elə şəkillərim var ki, onları 40 yaşımda ortalığa çıxaracağam. Bu fotosessiyada ruh halım 17 yaşındadır. Çox cavanam. Deyirəm ki, oğlum Hüseyn dünyanın ən xoşbəxt övladıdır. Çünki bütün sevgililəri ilə dost olacağam”.

İki dəfə konserti təxirə salınan pop ulduz maddi cəhətdən böyük ziyana düşdüyünü söyləyib:

“Konsertimin iki dəfə təxirə salınmasına görə zərərə düşdüm. Bu zərər hələ də davam edir. Konsertimi oktyabra saldım. Oktyabr konsertim üçün tam yeni layihəyə start vermişik. Geyimlərdən tutmuş mahnılara kimi hamısı yeni olacaq. Eyni yerdə qala bilmərəm, irəli getməliyəm”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO