OPEC+ neft hasilatındakı azaltmanın vaxtını uzadır
OPEC+ neft hasilatındakı mövcud azaltma səviyyəsinin bir-üç ay müddətinə uzadılmasını nəzərdən keçirir.
Rakus.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi OPEC+in iyun iclasında iştirak edəcək nümayəndələrdən birinə istinadən məlumat yayıb.
Nümayəndənin sözlərinə görə, neft bazarındakı vəziyyət sürətlə dəyişdiyindən qısamüddətli tədbirlər görülməsinə üstünlük verilir.
Xatırladaq ki, OPEC+ apreldə hasilatın may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ildən 2022-ci il aprel ayının sonuna qədər 5,8 milyon barel azaldılmasına razılıq verib.
OPEC+ ölkələri iyunun 9-10-da videokonfrans rejimində bazardakı vəziyyəti və sazişin ilk nəticələrini müzakirə etməyi planlaşdırır. İyunun 8-də isə OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Eyni zamanda, OPEC prezidenti, Əlcəzairin Energetika naziri Məhəmməd Arkab iclasın iyunun 4-nə çəkilməsini təklif edib.