Mədəni 03.06.2020 16:13

“Heç vaxt tək qala bilmirəm…” - FOTO

“Arada mənə yazırlar ki, nə çirkinsən, ölürəm səndən ötrü. Elə bilirəm ki, insan yanımdadır, ona görə belə çox istəyir. Hələ olduğum yeri anlamıram. Özümə müəyyən çərçivələr qoymuşam, dəliliklərim yerindədir və onları dəyişməyəcəm. Bəlkə efirə az çıxıram, çıxsam insanlar bunu görərə. Verilişlərdə şarlardan, əlavə bəzəklərdən bezmişəm. Özümə söz vermişəm və hamıya tapşırmışam ki, nə vaxt ağlım başımdan getsə, başıma vurun özümə gəlim. Heç bir yeni ifaçıya məsləhət vermərəm”.

Rakus.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Fatehin divanı” proqramında deyib. Müğənni son vaxtlar özünə qoyduğu qadağalardan danışıb.
O bildirib ki, son vaxtlar özünə bəzi qadağalar qoyub: “İnsanların ailə həyatı qurmağı-ayrılmağı barədə danışmağı sevmirəm. Deyirəm ki, bu mövzuda danışmaq istəmirəm. Bir aktrisa (Məlahət Abbasova- red.) mənim barədə xoşəgəlməz sözlər dedi, cavab qaytardım. 3 gecə yata bilmədim, başqalarının pis enerjisini götürmüşdüm. Qoy məndən danışsınlar, özüm gecə rahat yatım. Çünki mən cavab verəndə ağır olur. Amma nə vaxta qədər belə davam edəcəm, bilmirəm.

Mental sakitliyim üçün türk mütəxəssislərlə görüşürəm. Yollar bağlandığı üçün indi gedə bilmirəm. 2014-cu ildən sonra başa düşdüm ki, əsəblərim yerində deyil, nə deyirdilər, ağlayırdım. Sən demə, bu uşaqlıqdan qalan bir psixoloji problemdir. Heç vaxt tək qala bilmirəm. Ancaq İstanbuldakı evimə gedirəm. Mən olmadığım halda evimi təmizləyən olur. Lakin mən gedirəmsə, hər şeyi özüm edirəm, beynimi təmizləyirəm. Burada isə mümkün deyil”.

Təxirə düşən konsertindən söz açan Röya maddi ziyana düşdüyünü etiraf edib: “Konsertə ruhən hazır idim. Türkiyə, Ukrayna və Rusiyadan olan mütəxəssislər cəlb etmişdik, təxirə saldıq. Maddi tərəfdən ziyanımız oldu, hələ də davam edir. İndi isə konserti tamamilə dəyişdik. Geyimlər filan… Mən eyni qala bilməzdim. Konsertimə gələn insanların hamısını görürəm. Məni hiss edən insanları o an tapıram. Kim məcbur gəlirsə, onu da deyirəm”.

Sənətçi sevgidən söz açaraq bildirib ki, eşq yaşadığı şəxslə çox bir arada ola bilmir: “Evdə oturub fikirləşirəm ki, karantin dövründə boşanmaların sayı artacaq. Ya da hər kəs mənim kimi “nə gözəl qohumlarımız var” deyəcək. Sevən adamam, amma yanımda 3 gün qalırsa, deyirəm ki, çıxıb getsin”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO