Türkmənistan İran ilə sərhədi açır
İranla Türkmənistan arasındakı sərhəd, sanitar tibbi qaydalara tam uyğun olarsa, iyunun 10-da açılacaq.
Rakus.az xəbər verir ki, iki ölkə arasında nəqliyyat və tranzit yüklərinin dəmir yolu və avtomobil yolu ilə daşınmasının bərpası bu il iyunun 1-ə planlaşdırılırdı.
COVID-19 virusunun qarşısının alınması üçün dezinfeksiya tədbirlərinə ehtiyac olduğuna görə, iki ölkə arasında sərhədin açılması iyunun 10-a qədər təxirə salınıb.
Bu barədə iki ölkənin nəqliyyat idarələrinin, səhiyyə, kənd təsərrüfatı, xarici işlər və gömrük xidmətlərinin nümayəndələrinin iştirak etdiyi video konfrans zamanı ortaq texniki işçi qrupu tərəfindən məlumat verilib.
Xatırladaq ki, Türkmənistan-İran sərhədi İranda koronavirusun yayılması səbəbiylə fevral ayının sonlarında bağlanıb.