Mədəni 06.06.2020 22:52

“Bizim niyə filankəsimiz yoxdur…” - FOTO

Hər zaman məşhurlar müzakirə ediləndə “Bizim niyə filankəsimiz yoxdur” cümləsi və bu ifadənin ətrafında qızğın müzakirələr gedir.

Rakus.az xəbər verir ki, kimi dünyaya çıxa bilməməkdə və daha yaxşı inkişaf etməməkdə səbəbi el qınağında, başqası isə məşhurların özündə görür.

Məsələyə fərqli rakursdan yanaşaraq, sənətçilərimizi türkiyəli məşhurlarla müqayisə edib. Müqayisələrdə isə onların sənətləri yox, mediadakı və cəmiyyətdəki yerləri, etdikləri hərəkətlər və xarakterlər əsas götürülüb.

Beləliklə, sizi siyahı ilə tanış edirik:

Əgər Xalq artisti Aygün Kazımova Türkiyədə dünyaya gəlsəydi, sözsüz ki, “Superstar” olaraq tanınan Ajda Pekkan olardı. Buna onların səhnə şouları, geyimləri və etdirdikləri saysız əməliyyatlar zəmin yaradır. Bir də yaşlarına rəğmən hələ də cavan görünmələri…

Xatirə İslamın bir çox hallarda Demet Akalınla bənzərliyi var. Bunun üçün hər iki sənətçinin “İnstaqram” səhifəsinə baxmaq kifayətdir.

Son günlər Xatirə İslam hər anını paylaşmasa da, illər öncə həyat yoldaşı ilə hamamdan bölüşdüyü və belində banka olan şəkillərini unutmamışıq. Bir də paylaşdıqları sonsuz reklamlar…

Bəstəkar-müğənni Ramal İsrafilov deyəndə ağla Mustafa Ceceli gəlir. Hər ikisinin hit mahnıları olması və fəaliyyətləri onları bənzər edir.

Deniz Seki və Fədayə Laçını birləşdirən isə taleləridir. Hər iksi sevginin qurbanına çevrilib və həbsxana həyatı yaşayıb.

Hər nə qədər Şəbnəm Tovuzluya Sibel Can desələr də, bunun haqqını ən gözəl verən müğənni Damladır. “Google”u bir az qurdalasaq, “sakit” Damlanın və “sakit” Sibel Canın nələrə qadir olduğunu açıq-aydın görə bilərik. Hər iki ifaçı özünü hər zaman mehriban, saf, qüsursuz göstərmək üçün əldən-ayaqdan gedir.

Xalq artisti Röya Ayxan isə Beren Saatdır. Onların sosial şəbəkədə paylaşım edərkən yazdıqları mətnlər heç vaxt anlaşılmır. Hər iki məşhurun yazdığı statusların üzərində media bir həftə araşdırma aparır ki, onların nə deməyə çalışdığını düzgün anlasın.

Murat Bozu andıran isə Zamiq Hüseynovdur. Hər ikisi dəbli görünmək üçün dəridən-qabıqdan çıxır. İdman edir, şəxsi həyatını gizlətməyə çalışır və çox məsələdə səssiz qalır.

El-aləmin baş açmadığı iki müğənni varsa, onlar Yıldız Tilbe  Elza Seyidcahandır. Hər ikisi fəlsəfi danışır, absurd açıqlamalar edir və statuslar yazır. “Beyin yandıran” bu müğənnilərin musiqi əsərlərinin dərinliyi isə hər kəsə məlumdur.

Günay İbrahimli isə tərzi və siması ilə Ziynet Salidir. İllərdir varlar, amma nə ətdilər, nə də balıq. Onlar sakit qalmağı seçir, mahnıları ilə gündəmdə olmağa çalışırlar.

Şəbnəm Tovuzlu və Ebru Gündeşi isə illərdir “Həci”ləri ilə gündəmdə olmağı birləşdirir. Bu ifaçılar sənət baxımından milyonlarla kilometr uzaq olsalar da, şəxsi həyat baxımından oxşardırlar. İkisinin də həyat yoldaşı varlı kimi qələmə verilir. Amma onlar öz qazancları ilə yaşayırlar.

Sərdar Ortaçla Elton Hüseynəliyev sosial şəbəkələrdə və müsahibələrində sənət şikayəti etməkdən usanmır. Onların bədbin çıxışları isə daim medianın diqqətindədir.

Nura Suri heyvan haqqları və vegeterianlıq barədə mütəmadi statuslar yazan ifaçılardandır. Onun bu işini Türkiyədə isə Ömür Gedik diqqətə çatdırır. Bundan başqa hər iki sənətçinin sosial məsələlərə diqqət yetirməsi də onları oxşar edir.

Aleyna Tilki və Səmra Rəhimli – İldə 1-2 dəfə mahnı təqdim edən bu müğənnilər daim paylaşımları ilə gündəmdə olurlar. Statuslarının böyük bir qismində özlərini mədh edən ifaçılar cəmiyyətin onlara görə olmadığını iddia edirlər. Onlar haqda yazılan ən çox rəy isə “Bunlar həyatdan nə istəyir” tiplidir.

Hər ikisi güclü səs tembrinə malik olan Işın Karaca  Emma Ələkbərzadə vaxtilə artıq çəkidən əziyyət çəksələr də, sonradan görüntüləri ilə hər kəsi təəccübləndirməyi bacarıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO