Bunları bilirsinizmi?
Qanın qatı olması çox təhlükəli haldır. Bu damarlarda trombların (qan laxtaları) əmələ gəlməsinin riskini artırır.
Rakus.az xəbər verir ki, tromblar “saat bomba”sı kimidir – istənilən vaxt damarın divarından qopa və qan axını ilə “səyahət”ə başlaya bilər. Əgər belə tromb nazik damara düşərsə, damar bağlana bilər ki, bu da infarkt, insult, qanqrena kimi ağır fəsadlara səbəb olur.
Bəzi qida məhsullarının həddindən çox miqdarda istehlakı qanı qatılaşdıraraq damarlarda trombların əmələ gəlməsinə səbəb olur.
Ttibb elmlər doktoru həkim-terapevt Pavel Moçalov belə məhsulların adlarını açıqlayıb:
– şəkər və şirniyyatlar. Bu məhsullar qanı qatılaşdırır və həmçinin damarlarda iltihab yaradır.
– spirtli içkilər
– şirin qazlı içkilər
– marqarin
– hisə verilmiş qidalar (hisə verilmiş ət, balıq, kolbasa və s.)
– yağlı ət növləri
– heyvan içalatı (qaraciyər, beyin, böyrəklər)
Həkimin sözlərinə görə, əksinə qanı duruldan və trombların qarşısını alan məhsullar bunlardır:
– balıq
– zeytun yağı
– sarımsaq
– zəncəfil
– alma sirkəsi
– acı bibər
Tromblardan qorunmaq üçün həmçinin kifayət miqdarda su içmək lazımdır. Bu orta hesabla 1 l-dir.