COVID-19-un müalicəsi yaxınlaşır - VİDEO
Tayson adlı bu alpaka dünyada məşhur ola bilər. Belə ki, Stokholmdakı Karolinska İnstitutunun tədqiqatçıları onu koronavirus zülalları ilə immunizasiya edib və qanındakı nanotellər kimi tanınan kiçik anticisimləri ayırıb.
Rakus.az xəbər verir ki, anticisimlər bədənin virusa və ya başqa bir xarici cisimə yoluxduğunu hiss etdikdə immun sistemi tərəfindən ayrılan zülallardır. Bundan sonra bu zülallar onu yox etməyə çalışır.
Lakin nanocisimlər insan bədinin ayırdığı anticisimlərdən daha kiçikdir. Və bu nanocisimlər anticisimlər kimi virusun eyni hissəsi ilə bağlanır.
Gerald McInerney bu layihə üzərində işləyən tədqiqatçılardan biridir. O bildirir ki, “Bunlar alpakanın qan hüceyrələrindən götürdüyümüz anticisimlərdir və bu anticisimlər gördüyümüz kimi virus zülalın hüceyrələrə daxil olması lazım olan nöqtədə birbaşa səthə bağlanır. Və beləliklə bu bizə anticisimlərin infeksiyanı dayandırmaq üçün necə işlədiyinə dair strukturu anlamaq imkanı verir”.
MakInerni nəticələrin bir neçə aydan sonra dərc olunacağını bildirir.
Bu tədqiqat virusa yoluxmuş pasientin immun sistemi öz müdafiə reaksiyasını yaradana qədər virusun qandakı miqdarını azalda biləcək dərman preparatının hazırlanması ilə nəticələnə bilər.
Gerald McInerney həmçinin deyir ki, “Əldə etdiyimiz nəticələr bunun insanlarda olduqca effektiv olacağını göstərir, lakin bu çox mürəkkəb bir sistemdir. Buna görə də biz təcrübələr keçirməyə hazılaşırıq”.
Peyvəndin hazırlanması bir neçə il çəkə bilər. Bu səbəbdən də Karolinska İnstitutunun alimləri diqqəti müalicə üsulunun inkişaf etdirilməsinə yönəldib.
Dərman preparatı virusa qarşı uzunmüddətli peyvəndin hazırlandığı zaman pandemiyanın qarşısının alınmasında mühüm rol oynaya bilər.