“Sazın başına oyun açır…” - VİDEO
Məşhur aşıq Zülfiyyə İbadova açıqlamaları ilə gündəmə səs salıb.
Rakus.az xəbər verir ki, sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.
İlk zərfdən çıxan “Səhnəni onsuz təsəvvür etmək mümkün deyil?” sualına cavab olaraq, Z.İbadova uzun çək-çevirdən sonra sənət yoldaşı, Xalq artisti Nazpəri Dostəliyevanın adını çəkərək, fikirlərinə belə davam edib: “Sənət yoldaşlarımsız səhnəni təsəvvür etmək mümkün deyil. Amma siz məndən bir şəxsin adını çəkməyimi istəyirsinizsə, Nazpəri xanımı deyirəm”.
İkinci zərfdəki “Acıdildir” sözünə isə xanım aşığın cavabı belə olub: “Düşünürəm ki, bu sənətdə açıq sözlü ifaçılardan biri Aşıq Namiq Fərhadoğludur. Amma ona acıdil demək olmaz, sözü üzə deyir, heç kimin arxasınca danışmır”.
Dördüncü zərfdən çıxan “Onunla oxşar cəhətlərimiz var” fikrinə Zülfiyyə Əməkdar artist Elnarə Abdullayevanın adını çəkərək, onu təvazökar adlandırıb.
Beşinci və altıncı zərflərdən “Hər sözü ajiotaj yaradır” və “Sazın başına oyun açır” cümlələrini oxuyan aşıq fikirlərini belə tamamlayıb:
“Əslində, bu sözlər Aşıq Namiq Fərhadoğluna aiddir (gülür). Aşıq Mübariz Camaloğlu olsun”.
Yeddinci zərfdən çıxan “Əsəbidir” kəlməsini Xatirə İslama aid edən sənətçi “Xatirə ilə qonşuyam. Mən onu əsəbi insan kimi tanıyıram. Onu heç şəkildən tanımadım” deyib.