Tramp Amerikanı “bölməyə” çalışır – İTTİHAM
Tramp administrasiyasının keçmiş müdafiə naziri, Amerika əsgərlərinin Suriyadan çıxarılmasına etiraz olaraq istefa verən Cim Mattis ABŞ prezidentini Amerikanı “bölməyə” çalışmaqda ittiham edib.
Rakus.az xəbər verir ki, “Donald Tramp həyatımda ilk prezidentdir ki, amerikalıları bir araya gətirməyə çalışmır, hətta cəhd etdiyini belə göstərməyə çalışmış” – Cim Mattis çərşənbə günü The Atlantic internet saytındakı açıqlamasında bildirib.
“Bunun əvəzində, o, bizi bir-birimizdən ayırmağa çalışır”, Dəniz Piyadadaları Donanmasının bu günə qədər Tramp barədə birbaşa heç bir şərh verməyən generalı deyib.
“Mən baş verənləri qəzəblə və həyəcanla izlədim”, Mattis əlavə edib.
Mayın 25-də Minneapolisdə polis nəzarətində ölən afroamerikalı Corc Floydun ölümündən bəri Amerika şəhərlərində irqçilik, polis zorakılığı və sosial bərabərsizliyə qarşı qəzəb dalğası artıb. On minlərlə etirazçı ölkə daxilində dinc şəkildə etiraz etməyə çalışsa da, talan və zorakılıqlar hərəkata kölgə salıb.
Tramp sərt şəkildə küçələrdə sakitliyi bərpa etmək üçün orduya müraciət etməklə hədələyib.
“Qanunu pozan bir neçə nəfər diqqətimizi yayındırmamalıdır. Nümayişlərdə iştirak edənlər bizim dəyərlərimizə layiq olduğumuza israr edən on minlərlə prinsipial insanlardır”, Mattis yazıb.
“Biz hakimiyyətdə konstitusiyamızı lağa qoyanları rədd etməli və məsul tutmalıyıq”, Mattis əlavə edib.