Türkiyədə koronavirusa qarşı “Favicovir” (Favipiravir) adlı dərman istehsal edilib.
Rakus.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və Texnologiya naziri Mustafa Varankın açıqlamasına istinadla xəbər yayıb.
“Biz yerli və milli olaraq öz sintezimizlə inkişaf etdirilən çox əhəmiyyətli bir dərman istehsal etdik. Lisenziyalaşdırma mərhələsinə çatmağımız həm sevindirici, həm də qürurverici haldır”, – nazir bildirib.
Otuz iki nəfərlik heyətin cəlb edildiyi dərman istehsalı 40 günə tamamlanıb.