İranda virusdan ölənlərin sayı yüksəlir
İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari son sutka ərzində koronavirusa 2 449 yeni xəstənin yoluxduğunu və son məlumatlara görə, ölkədə COVID-19-a yoluxanların ümumi sayının 189 876 nəfərədək yüksəldiyini açıqlayıb.
Rakus.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi son 24 saatda 113 nəfərin virusdan öldüyünü bildirib.
Beləliklə, İranda koronavirus qurbanlarının ümumi sayı 8 950 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, COVID-19-a yoluxan xəstələrdən 2 765 nəfərin vəziyyəti ağır qiymətləndirilir və onlar reanimasiyaya yerləşdiriliblər.
İran Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, indiyədək xəstəlikdən 150 590 nəfər sağalıb.
Habelə bu günə qədər İranda 1 296 194 COVID-19 testi keçirilib.
Nazirlik rəsmisi Qərbi Azərbaycan, Hormozqan, Əhvaz, Kürdüstan, Sistan və Bəlucistan vilayətlərinin qırmızı kateqoriyaya daxil olduğunu qeyd edib.