Dünya 17.06.2020 18:00

COVID-19 üçün dərman 10 manata başa gəlir

Ucuz və əlverişli “deksametazon” preparatı koronavirus diaqnozu qoyulmuş bir çox ağır xəstənin həyatını xilas etməyə kömək edə bilər.

Rakus.az xəbər verir ki,  britaniyalı alimlər belə bir iddia ilə çıxış ediblər.

Tədqiqatçıların fikrincə, “deksametazon”un müalicə kursuna daxil edilməsi ağciyərlərin süni ventilyasiyasına (ASV) qoşulan xəstələrdə ölüm riskini 33 faiz, EKMO (qanın oksigenlə doydurulması üsulu) cihazına qoşulan xəstələrdə isə 20 faiz azaldır.

Koronavirusa yoluxan xəstələrin müalicəsində “deksametazon”un klinik sınaqları, dünyada COVID-19-a yoluxanların müalicəsində ən təsirli preparatı müəyyən etmək üçün aparılan kütləvi səylərin bir hissəsidir.

Tədqiqatçıların fikrincə, əgər pandemiya başlanan vaxtdan “ağır” xəstələrin müalicəsində “deksametazon”dan istifadə olunsaydı, Britaniyada beş minə qədər insanın həyatını xilas etmək mümkün idi.

Dərman ucuzdur, buna görə də koronavirus xəstələrinin həyatı uğrunda mübarizədə effektivliyi kütləvi yoluxmaların qeydə alındığı yoxsul ölkələr üçün xüsusilə aktualdır.

Statistikaya görə, koronavirusa yoluxan 20 xəstədən 19-nun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti yaxşılaşır və onların yalnız kiçik hissəsində ağciyərlərin süni ventilyasiyasına, yaxud da oksigen terapiyasına ehtiyac duyulur.

Elm adamlarının bildirdiyinə görə, məhz ağır xəstələrin müalicəsində “deksametazon” əhəmiyyətli effektivlik nümayiş etdirir.

Bu hormonal preparatdan müxtəlif iltihabi proseslərin müalicəsində istifadə olunur.

Alimlər, həmçinin, dərman vasitəsinin koronavirusla mübarizədə immun sisteminin hiperaktivasiyasına görə bədənə vurulan zərərin minimuma endirilməsinə kömək edə biləcəyini müəyyənləşdiriblər. İmmun sistemin hiperaktivasiyası ölümlə nəticələnə biləcək “sitokin fırtınası” yaratdığı üçün təhlükəlidir.

Dərmanın Oksford Universitetinin tədqiqatçılarının nəzarəti altında aparılan klinik sınaqlar zamanı təxminən iki min xəstə müalicə kursu çərçivəsində “deksametazon” qəbul edib. Onların müalicələrinin nəticələri “deksametazon” təyin edilməyən başqa dörd min xəstənin müalicəsinin nəticələri ilə müqayisə edilib. Məlum olub ki, “deksametazon”la ölüm riski ASV xəstələri üçün 40 faizdən 28 faizə, EKMO xəstələri üçün 25 faizdən 20 faizə qədər azalıb.

Oksford Universitetinin tədqiqat qrupunun rəhbəri professor Piter Horbi “deksametazon”un əhəmiyyətli təsirindən danışıb:

“Bu preparat indiyə qədər sınaqları keçirilmiş preparatlar arasında ölüm riskini əhəmiyyətli dərəcədə azaltmış yeganə dərmandır. Bu, böyük irəliləyişdir”.

Aparıcı tədqiqatçılardan olan professor Martin Landri “deksametazon” preparatının köməyilə ASV-yə qoşulan səkkiz xəstədən birinin və oksigen terapiyasında olan 20-25 xəstədən birinin xilas ola biləcəyini açıqladı.

“Kurs 10 günlük müalicə üçün nəzərdə tutulub və hər xəstə üçün beş funta (10,7 AZN) başa gəlir. Bir həyatı qurtarmaq üçün orta hesabla 35 funt sterlinq (75 AZN) tələb olunur. Bu, bütün dünya üçün əlçatan dərmandır”, – deyə Martin Landri bildirib.

Alimin fikrincə, artıq indidən ağır xəstələrə “deksametazon” təyin edilməlidir.

Ekspert xəstəliyin yüngül formasının müalicəsi üçün onu tətbiq etməyin mənasının olmadığını da vurğulayıb. Martin Landrinin sözlərinə görə, “deksametazon” COVID-19-un yüngül simptomları olan xəstələrə kömək etmir. O, ancaq tənəffüs problemi olanlara lazımdır.

COVID-19-un müalicəsi üçün əvvəlcədən mövcud olan dərmanların sınaqları mart ayından etibarən aparılır.

Əsasən, malyariyaya qarşı istifadə oluna “hidroksixloroxin”in sınaqları aparılırdı. Ancaq ölüm riskini artırdığı və ürək xəstəliklərinin inkişafına səbəb ola biləcəyi qorxusu səbəbindən bu preparatın istifadəsindən imtina etmək qərarı verildi.

Sınaqları aparılan digər preparat isə COVID-19-a yoluxan xəstələrin müalicə müddətini qısaltdığı, daha sürətli sağalmaya və normal həyata qayıtmağa imkan verdiyi ehtimal edilən virus əleyhinə “remdesivir” preparatı oldu.

COVID-19-la mübarizədə effektivliyi sübut edilmiş “deksametazon” hansısa yeni və ya bahalı dərman deyil. Bu, köhnə və ucuz qlükokortikosteroiddir. Preparatın ən üstün cəhəti dünyanın hər yerində xəstələrin bu dərmandan faydalana bilmək imkanına malik olmasıdır. Buna görə də klinik sınaqların əsas nəticələri dərhal dərc edilib.

“Deksametazon” 1960-cı illərin əvvəllərindən bəri müxtəlif xəstəliklərin, o cümlədən, revmatoid artrit və bronxial astmanın müalicəsində istifadə olunur. Ağciyərlərin süni ventilyasiyası tələb olunan COVID-19 xəstələrinin təxminən yarısı sağ qalmır. Buna görə də ölüm riskinin 33 faiz azalması böyük əhəmiyyət daşıyır.

Reanimasiyada dərman venadaxili təyin edilir, daha az ağır xəstələr isə preparatı həb formasında qəbul edirlər. COVID-19-a yoluxan xəstələrin müalicəsində təsirli olduğu sübut olunmuş digər bir dərman, əvvəllər Ebola xəstəliyini müalicə etmək üçün istifadə edilən virus əleyhinə “remdesivir”dir.

“Deksametazon”dan fərqli olaraq, “remdesivir” məhdud sayda təchizatçıda olan yeni dərmandır və qiyməti hələlik açıqlanmayıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO