Fransanın paytaxtı Parisdə səhiyyə işçilərinin keçirdiyi etiraz aksiyası toqquşma ilə başa çatıb.
Rakus.az xəbər verir ki, əmək şəraitindən narazı olan həkimlər Prezident Emmanuel Makronun vampir kimi təsvir olunmuş plakatlarını qaldıraraq, onu hərəkətsizlikdə ittiham ediblər.
Polis dinc etiraza çıxan həkimlərə qarşı gözyaşardıcı qaz və dəyənəkdən istifadə edib.
Həkimlərin nümayişi Lion, Tuluza, Marsel və Fransanın digər böyük şəhərlərində də baş tutub.