Dünya 18.06.2020 09:46

Dünyada nə qədər didərgin var? – HESABAT

BMT-nin Qaçqın Agentliyinin “Qlobal tendensiyalar” adlı hesabatı açıqlanıb. 

Rakus.az xəbər verir ki, hesabatda qeyd olunur ki, dünyada didərgin insanların sayı ötən il ərzində 10 milyon, son onillikdə isə təqribən iki dəfə artıb və hazırda dünya əhalisinin 1 faizi qaçqın, məcburi köçkün və ya sığınacaq axtaranlardan ibarətdir.

Dünya ölkələrinə müraciət edilib ki, milyonlarla qaçqın üçün və münaqişələr, təqiblər və ya ictimai asayişi ciddi şəkildə pozan hadisələr səbəbindən didərgin düşmüş digər insanlar üçün yaşayış yeri tapılmasında daha çox səy göstərsinlər.

İllik hesabatı göstərir ki, ötən ilin sonunadək misli görünməmiş sayda – 79,5 milyon insan didərgin düşüb. BMT QAK heç vaxt belə yüksək rəqəmin şahidi olmayıb.

Hesabatda həmçinin qeyd edilir ki, acınacaqlı talelərinə tezliklə son qoyulacağı ümidi ilə yaşayan qaçqınların qayıdış pespektivləri azalıb. 1990-cı illərdə hər il orta hesabla 1,5 milyon qaçqın evinə qayıda bilirdi. Son onillikdə bu rəqəm təxminən 390 minə enib, bu isə o deməkdir ki, bu gün didərginlik hallarının artımı qayıdışların sayını xeyli üstələyir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi isə qeyd edib ki, dəyişən reallığın şahidiyik: “Belə ki, bu gün zorla didərgin salınma halları nəinki geniş yayılıb, həm də sadəcə olaraq artıq qısamüddətli və müvəqqəti hal deyil. İnsanlar evlərinə qayıtmaq şanslarının və ya olduqları yerdə gələcəklərini qurmaq ümidlərinin olmadığı didərginlik durumunda uzun illər yaşaya bilməzlər. Yurdlarını tərk edənlərə münasibətdə bizim tamamilə yeni və daha genişqəlbli yanaşmamıza və eyni zamanda illərlə davam edən və bu cür geniş iztirabların kökündə duran münaqişələrin həllində daha çox qətiyyətlilik göstərməyimizə ehtiyac var”.

BMT QAK-ın “Qlobal tendensiyalar” adlı hesabatı göstərir ki, ötən ilin sonunadək didərgin düşmüş 79,5 milyon nəfərdən 45,7 milyonu öz ölkələri daxilində başqa ərazilərə köçənlər olub. Qalanları isə başqa ölkələrə köç edənlərdir, onlardan 4,2 milyonu sığınacaq üçün müraciətlərinin nəticəsini gözləyirlər, 29,6 milyonu isə qaçqınlar (26 milyon nəfər) və ölkəsindən zorla didərgin salınan digərləridir.

2018-ci ilin sonundakı 70,8 milyon rəqəmindən sonrakı illik artım iki əsas amilin nəticəsidir. Birinci amil 2019-cu ildəki yeni narahatedici didərginlik hallarıdır ki, bunlar da xüsusən Konqo Demokratik Respublikasında, həmçinin Sahel vilayətində, Yəməndə və Suriyada baş verib. Sonuncu münaqişə hazırda doqquzuncu ilinə daxil olub və 13,2 milyon qaçqın, sığınacaq axtaran və məcburi köçkün insanların yaranmasına səbəb olub ki, bu da dünyada didərgin insanların ümumi sayının altıda birini təşkil edir.

İkinci amilə ən yaxşı nümunə ölkə xaricindəki venesuelalıların vəziyyətidir. Belə ki, onların çoxu qaçqın və ya sığınacaq axtaran şəxs kimi qanuni qeydiyyata alınmayıblar, amma onların himayəsi üçün tədbirlərin görülməsi tələb olunur.

Bütün bu rəqəmlərin arxasında çoxlu sayda insanların şəxsi böhran vəziyyətində olması dayanır. Didərginlərin arasında çoxlu uşaqlar (təxminən 30-34 milyon nəfər, onların arasında da on minlərlə müşayiət olunmayanlar) vardır ki, onların da sayı, məsələn, bütövlükdə Avstraliya, Danimarka və Monqolustan əhalisinin sayından çoxdur. Eyni zamanda, bu insanlar arasında yaşı 60 və daha yuxarı olan insanların (4%) faiz nisbəti dünyanın bu yaşda olan əhalisinin faiz nisbətindən (12%) xeyli aşağıdır – bu statistika onların ölçüyəgəlməz kədərindən, ümidsizliyindən, qurban durumundan və sevdikləri insanlardan ayrı düşmələrindən xəbər verir.

Zorla didərgin salınma barədə 9 məlumat:

– Son onillikdə ən azı 100 milyon insan öz ölkələrinin daxilində və ya xaricində sığınacaq axtarmaq üçün evlərini tərk etməyə məcbur olublar. Bu, dünyada əhalisinin sayına görə 14-cü ölkə olan Misirin əhalisinin ümumi sayından çoxdur.

– Zorla didərgin salınma halları 2010-cu ildən bəri iki dəfə artıb (o vaxt didərginlər 41 milyon nəfər idi, indi isə 79,5 milyon nəfərdir).

– Dünyadakı didərgin insanların 80 faizi kəskin ərzaq çatışmazlığının və yetərincə qidalanmama hallarının olduğu ölkələrdə və ya ərazilərdədir – onların çoxu əlverişsiz iqlim və təbii fəlakət riski ilə üzləşən ölkələrdir.

– Dünyada qaçqınların dörddə üçündən çoxu (77%) uzunmüddətli didərginlik durumundadırlar – məsələn, Əfqanıstanda bu cür durum hazırda beşinci onilliyinə daxil olub.

– Hər 10 qaçqının səkkizindən çoxu (85%) inkişaf etməkdə olan ölkələrdədir, adətən bu ölkələr onların tərk etdiyi ölkələrin qonşuluğunda yerləşir.

– Öz ölkələrinin sərhədlərini keçmiş insanların üçdə ikisi beş ölkədəndir: Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmar.

– “Qlobal tendensiyalar” hesabatı köçkün və qaçqın əhalinin bütün əsas kateqoriyalarını əhatə edir, buraya həmçinin Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə agentliyinin himayəsi altında olan 5,6 milyon fələstinli qaçqın daxildir.

– Şəhər və qəsəbələrdə didərginlik halları geniş yayılıb. Ölkə daxilində köçkün düşmüş insanların üçdə ikisi, əldə olan məlumatlara görə, 2019-cu ildə şəhərlərdə və ya şəhər tipli yaşayış məntəqələrində olanlardır.

– 2030-cu il üçün dayanıqlı inkişaf gündəliyinə daxil edilmiş “heç kəs diqqətdən kənarda qalmamalıdır” öhdəliyi, BMT-nin Statistika Komissiyasının bu ilin martında təsdiq etdiyi qaçqınlar üzrə yeni indikator sayəsində, hazırda birmənalı olaraq qaçqınları əhatə edir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO