Dünya 18.06.2020 11:00

“Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin videokonfransı keçiriləcək

Bu gün Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransı keçiriləcək.

Rakus.az xəbər verir ki, ilkin olaraq iyunun 18-də “Şərq Tərəfdaşlığı”nın ənənəvi sammitinin keçirilməsi planlaşdırılmışdı, lakin koronavirus pandemiyası səbəbindən toplantının keçirilməsindən imtina edilib və videokonfransın keçirilməsinə dair razılıq əldə olunub.

Sammit Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə keçiriləcək.

Sammitdə Aİ üzvü olan 27 ölkənin rəhbərlərinin, eləcə də “Şərq Tərəfdaşlığı” ölkələrinin – Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna rliderlərinin iştirak edəcəyi gözlənilir.

Liderlər “Şərq Tərəfdaşlığı”nın strateji əhəmiyyətini bir daha təsdiqləyəcəklər. Onlar həmçinin COVID-19 böhranı zamanı həmrəyliyin vacibliyini, o cümlədən Aİ-nin “Şərq Tərəfdaşlığı” regionunda pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində göstərdiyi əhəmiyyətli dəstəyi vurğulayacaqlar.

Bundan əlavə, liderlər “Şərq Tərəfdaşlığı” siyasətinin uzunmüddətli hədəflərini və 2021-ci ilin əvvəlində keçiriləcək sammitdə təsdiqlənməli olan 2020-ci ildən sonrakı inkişafını müzakirə edəcəklər.

Xatırladaq ki, Aİ 2009-cu ildən “Şərq Tərəfdaşlığı” proqramını həyata keçirir. Proqramın əsas məqsədi altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO