Dünya 18.06.2020 13:00

ABŞ-da daşnakları ifşa edən sənəd müzakirəyə çıxarıldı

Kaliforniyanın San-Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da nəşr olunan “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi jurnalist Raul Kontreras (Raoul Contreras) özünün “The Contreras Report” radio proqramında ötən ay Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində aşkar edilən və erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən sənəd haqda dinləyicilərə məlumat verib.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunndan məlumat verilib.

Bildirilib ki, verilişdə müəllif 1945-ci ildə ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hookun erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim etdiyini deyərək, həmin sənəddən çoxlu sayda sitatlar gətirərək məsələ ilə bağlı ətraflı müzakirələr aparıb.

R.Kontreras İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ordusu tərkibində yaradılan erməni legionu, onun rəhbərlərindən olan erməni generallar Qaregin Njde və Drastamat Kanayan haqda ətraflı danışaraq, onların bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını, 2016-cı ildə Yerevanda Q.Njdeyə heykəl ucaldıldığını vurğulayıb.

Jurnalist ABŞ-da əsas erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) radikal və iqrçi daşnakların davamçısı olduğunu, onların bir sıra ABŞ konqresmenlərini ələ alaraq Ermənistana ABŞ tərəfindən maddi yardımın ayrılmasına nail olmağa çalışdıqlarını diqqətə çatdırıb. O, həmin vəsaitlərin ABŞ vergiödəyicilərinin pulları əsasında formalaşdığını deyərək, bunu yolverilməz adlandırır.

R.Kontreras daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etdiyini qeyd edib.

Verilişdə jurnalist həmçinin erməni terror təşkilatı olan “ASALA”-nın ABŞ-dakı fəaliyyəti, xüsusilə türk diplomatlarına qarşı həyata keçirilən terror aktları haqda da ətraflı bəhs edib.

Radio verilişin tam versiyasını bu linkdə dinləmək mümkündür: https://the-contreras-report-an-hispanic-view-of-the-usa.castos.com/episodes/105-the-contreras-report-a-hispanic-view-of-the-usa

Verilişin video versiyasını isə bu linkdə izləmək olar: https://www.facebook.com/305657476178512/posts/2999876083423291/?vh=e&d=n

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO