Dünya 18.06.2020 12:20

Dağlıq Qarabağ münaqişəsi barədə məruzə BMT-də yayıldı

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında Azərbaycan ərazilərini işğal edən təcavüzkar Ermənistanın beynəlxalq hüquqi öhdəlikləri barədə geniş və əhatəli məruzə dərc edilib.

Rakus.az xəbər verir ki, əsas müəllifi professor, kral vəkili Malkolm Şou (Böyük Britaniya) olan bu məruzənin əsas müddəaları aşağıdakılardır.

– Ermənistanın nizami silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal olunmasında bilavasitə iştirak ediblər.

– Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində oyuncaq rejim qurub və onun mövcudluğunu müxtəlif üsullarla, o cümlədən həmin ərazilərdə hərbi iştirakını saxlamaq yolu ilə dəstəkləməkdə davam edir. Ermənistan oyuncaq rejim pərdəsi arxasında özünün təcavüzkar rolunu gizlətməyə çalışaraq beynəlxalq hüququn bu pozuntularına görə məsuliyyəti öz üzərindən götürə bilməz.

– Beynəlxalq hüquq güc tətbiq edilməklə ərazilər əldə olunmasını qadağan edir. Buna görə də Ermənistan və ya onun oyuncaq rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində görülən hər hansı tədbir bu ərazilərin əvvəlki hüquqi statusunu dəyişdirə bilməz və beləliklə həmin ərazilər beynəlxalq hüquqa görə Azərbaycan əraziləri olaraq qalır.

– Ermənistan onun tərəfindən beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqları hüququnun pozulmasına görə dövlət məsuliyyəti daşıyır. Bu cür pozuntular sırasına Azərbaycanın işğal olunmuş ərazilərinə şamil edilən qanunlarını və hüquq sistemini dəyişdirmək cəhdləri, əmlak hüquqlarına qəsd edilməsi, mədəni və tarixi əhəmiyyətli obyektlərin dağıdılması və ya məhv edilməsi, işğal olunmuş ərazilərdə erməni məskənlərinin yaradılması, himayə edilən şəxslərlə lazımınca davranılmaması və onların zorakılıqla yox edilməsi aiddir.

– Ermənistan həm törətdiyi pozuntulara son qoymalı, həm də bu pozuntularla bağlı ziyanı ödəməlidir. Beynəlxalq humanitar hüquqa və beynəlxalq insan haqları hüququna görə bu cür öhdəliklərə Ermənistana münasibətdə qüvvədə olan mexanizmlər, məsələn, BMT-nin insan haqları üzrə müqavilə orqanları və müvafiq beynəlxalq məhkəmə təsisatları tərəfindən nəzarət edilə və həyata keçirilə bilər.

– Təcavüzün gedişində Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımına gəldikdə isə buna görə fərdi məsuliyyət milli məhkəmələr, o cümlədən cəlb edilmiş müxtəlif dövlətlərin və ya üçüncü dövlətlərin məhkəmələri vasitəsilə həyata keçirilə bilər, Ermənistanın bir dövlət kimi məsuliyyəti isə müvafiq dövlətlərarası mexanizmlər vasitəsilə təmin edilə bilər.

Ermənistanın işğalçı siyasətini ifşa edən məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi statusu ilə nəşr edilib və yayılıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO