COVID-19-un uşaqlarda əsas simptomları məlum oldu
Uşaqlarda koronavirusun əsas əlamətləri hərarət, ishal və qusmadır.
Rakus.az xəbər verir ki, alimlər Qərbi Çində dörd xəstəxanada araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər.
COVID-19-a yoluxan uşaqların 76 faizi qızdırmadan əziyyət çəkir (yoluxan böyüklərdə bu əlamətə xəstələrin 50 faizdən az hissəsində rast gəlinir). Bundan əlavə, yoluxmuş uşaqların 62 faizində güclü öskürək aşkarlanıb, digər 12 faizində isə ishal və qusma müşahidə edilib.
Alimlər onu da qeyd edirlər ki, yetkinlik yaşına çatmayanlarda ağciyər problemi daha sonralar özünü göstərir.
Əvvəllər koronavirusa yoluxan bir çox uşaqda iltihab halları müşahidə edilirdi. Həkimlərin dediklərinə görə, bu simptom “Kavasaki” xəstəliyinə bənzəyir.
Sonradan sübut edildi ki, COVID-19 fonunda uşaqlarda ölümcül “sitokin fırtınası” (bədənin toxumalarına ziyan verən iltihab) inkişaf edə bilər.