“Qırmızı ayaqqabı geyinməsini istəmirəm…” - VİDEO
“Vüsalə Əlizadənin verilişində Mətanət İsgəndərli deyir ki, özünə hörmət edən bu sözü deməz. Bütün Azərbaycan bilir ki, söz mənimdir, siz bilmirsiz? Bunu başqa pis mənada demirəm. Bu qədər oğlan evləndirib, qız köçürtdünüz, alardınız da müğənni. İkincisi isə, özünüz necəsinizsə, cümləmi elə başa düşürsünüz. Mən pis mənada deməmişəm.
Axırıncı dəfə olsun, sual verirsiz, deyin, Elnarənin fikridir. Hansınızınsa bostanına daş atmıram. Oğlumun qırmızı ayaqqabı geyinməsini istəmirəm. Demirəm ki, pisdir. İstəmirəm, evdə kişi böyüdürəm, deyirəm qırmızı ayaqqabı geyinmə. Olmaz belə şeylər. Elə edəcəksiniz ki, başqa cür davranacam.
Milçək bir şey deyil, ürək bulandırır. Ərim ərin, uşağım uşağın, pulun pulum, səsin səsim deyil. Mənim səninlə nə işim ola bilər? Lazım deyil belə hallar. O, çıxıb efirdə danışdı, mən də efirdə cavab verirəm”.