Zelenski Ukraynada həyacan təbili çalır
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədəki koronavirusun pik həddinin, gündəlik yoluxma sayının artmasının qarşısının alınmayacağı təqdirdə, yayın ortalarında olacağını bildirib.
Rakus.az xəbər verir ki, onun sözlərinə görə, bəzi bölgələrdə artıq yataqların yarıdan çoxu dolub və xəstələrin sayı günbəgün artır:
“Əgər bu çoxalmanı dayandırmasaq, yayın ortasında xəstəliyin pik həddində olacağıq. Hər kəs üçün pis olacaq. Sonra heç kim karantinin yumşaldılmasına sevinməyəcək”.
Ölkənin Səhiyyə naziri Maksim Stepanov gündəlik xəstəlik sayının artmasının karantin pozuntuları ilə əlaqədar olduğunu vurğulayıb.
Xatırladaq ki, Ukrayna Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma hallarının yenə də artdığını bildirib. Ötən gün ərzində daha 994 nəfər virusa yoluxub, 16 nəfər ölüb.