“Qazprom” Çinə qaz ixracını artırır
Rusiyanın “Qazprom” şirkəti Çin tərəfdaşları ilə “Sibirin gücü” boru kəməri ilə nəql olunan qazın ildə 6 mlrd kubmetr artırılaraq 44 mlrd kubmetrə çatdırılması ilə bağlı danışıqlar aparır.
Rakus.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Aleksey Miller korporativ jurnala müsahibəsində bildirib:
“Sibirin gücü” kəməri vasitəsilə nəqlin artırılması Çinin LNG qazının idxalı ilə yanaşı, Mərkəzi Asiya qazının da dinamikasını üstələyəcək. Çinin qaz tələbatı və idxalı atmaqda davam edir”.
O deyib ki, həmçinin yaxın perspektivdə Çinə illik qaz ixracı 130 mlrd kubmetrə qədər artırılacaq.
Xatırladaq ki, hazırda “Qazprom” Çinə qazı 2019-cu ilin dekabr ayında istismara verilən “Sibirin gücü” kəməri vasitəsilə ixrac edir. Bu kəmər vasitəsilə “Çayadinsk” yatağından hasil olunan qaz nəql olunur. 2022-ci ilin sonunda “Sibirin gücü” kəməri vasitəsilə Rusiyanın şərqindəki ən böyük qaz yatağı olan “Kovıktinsk” yatağından hasil edilən qazın nəqli də planlaşdırılır.