“Marneulidə Xudu Borçalının heykəli ucaldılsın” – TƏLƏB - FOTO
Marneuli və Hucabi Yepiskopunun bəyanatına görə, Xudu Aspindza döyüşündə Kartli-Kaxeti çarı İkinci İrakli ilə birgə çiyin-çiyinə vuruşub və o, Aspindza döyüşündə körpünü kəsərək Gürcüstana qələbə gətirməklə həlledici rol oynayıb.
“Buradan irəli gələrək əlbəttə o, bizim hamımızın ürəyində milli qəhrəmandır. Əgər mənim bəyanatıma (Nəriman Nərimanovun abidəsi ilə əlaqədar) etnik şikayət adı verirlər və milliyətçilikdən danışırlarsa, indi mən təşəbbüs irəli sürürəm və bu qanlı “qırmızı” komissarın əvəzinə Xudu Azərbaycanlının və İkinci İraklinin abidəsinin ucaldılmasını istəyirəm. Çünki bu bizim gürcü-azərbaycan qardaşlığımızın və birliyimizin rəmzi olacaq”, – Yepiskop diqqətə çatdırıb.
Marneuli və Hucabinin yepiskopunun sözlərinə görə, 24 may tarixində həftəlik ayində onun Nərimanovun heykəli ilə bağlı verdiyi bəyanat media vasitələrində çox çirkin şəkildə işıqlandırılıb. O, qeyd edir ki, etnik zəmində bəyanat verməyib və yalnız Gürcüstanın düşməni, Qırmızı ordunun liderlərindən biri Nəriman Nərimanovun abidəsinin sökülməsini tələb edib.
Yepiskop Qiorqi
Marneuli meri Zaur Darğallı 10 gündür ki, radionun zənglərinə cavab vermir. Marneuli merinin Nərimanov məsələsi ilə bağlı sükutu nə ilə əlaqəli ola bilər sualına Yepiskop Qiorqi cavab verib ki, onun sükutu hərəkətinin qanunsuz olmasının göstəricisidir. O düşünür ki, mer səhv edib, amma indi həmin səhvi düzəltməlidir.