COVID-19 peyvəndinin təhlükəli nəticələri məlum oldu
Rusiyalı tibb elmləri doktoru, professor Mixail Kostinov xəbərdarlıq edib ki, koronavirusa qarşı peyvənd testlərində iştirak edən şəxslər bir sıra təhlükəli simptomlardan ehtiyat etməlidirlər.
Rakus.az xəbər verir ki, onun sözlərinə görə, orqanizmin peyvəndə mülayim reaksiya verməsi hərarətin 37,5 dərəcəyə, normal halda 38,5 dərəcəyə qədər artması deməkdir. Əgər temperatur yüksələrsə və 38,6 dərəcədən çox olarsa, bu, güclü reaksiya deməkdir.
O qeyd edib ki, hər hansı dərmanın sınağında güclü reaksiyalar minimal həddə – yüzdə, mində bir halda olmalıdır.
İnyeksiya zamanı diametri 8 sm-dən çox olmamaqla bəzi yerlərdə qızartılar görünə bilər. 5-6 sm-ə qədər qızartı mülayım reaksiya hesab edilir. Bu vəziyyətdə nə temperatur, nə də inyeksiyaya reaksiya iki gündən çox davam etməməlidir.