Dünya 01.07.2020 10:21

Sloveniyanın İqtisadiyyat naziri həbs olundu

Sloveniyada koronavirusa qarşı qoruyucu geyim və vasitələrin qanunsuz alveri ilə bağlı başlayan qalmaqal hökumətə təzyiqi artırmaqdadır.

Rakus.az xəbər verir ki, iyunun 30-da Sloveniyanın Daxili İşlər naziri Aleş Hoys və Baş Polis İdarəsinin rəhbəri Anton Travner İqtisadiyyat naziri Zdravko Poçivalşekə qarşı aparılan reydlər çərçivəsində istefa veriblər. Daxili İşlər naziri aparılan təhqiqatları Baş Nazir Yaneş Yanşanın rəhbərlik etdiyi hökuməti istefaya məcbur etmək üçün siyasi motivasiya xarakterli əməl adlandırıb.

Sloveniya Milli Təhqiqatlar İdarəsi (NPU) iyunun 30-da səhər saatlarından etibarən süni tənəffüs aparatlarının alınmasında bir neçə milyon avro vəsaitin mənimsənilməsi faktı üzrə axtarışlar aparıb. Axtarışlar İqtisadiyyat Nazirliyində, nazirin evində və bu aparatların alınmasında iştirak edən şirkətlərin binalarında baş tutub. Axtarışlar çərçivəsində İqtisadiyyat naziri barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər naziri hazırkı reydləri polis strukturlarının tərkibində mövcud olan “siyasiləşmiş polis” tərəfindən aparıldığını və “dərin dövlət” adlandırdığı bu qruplaşmanın arzuolunmaz siyasətçiləri və hökumətləri istefaya məcbur etdiyini açıqlayıb.

Bir neçə həftədən bəri Sloveniyada koronavirus infeksiyası ilə əlaqədar alınan qoruyucu avadanlıq və geyimlərlə bağlı araşdırmalar aparılır. Təhqiqatçı jurnalistlərin araşdırmalarına görə, İqtisadiyyat Nazirliyi bu avadanlığın alınması ilə bağlı qeyri-şəffaf tender təşkil edib və bu zaman seçim prosesində bəzi firmalara üstünlük vermələri üçün müvafiq Dövlət Logistika Agentliyinin səlahiyyətli əməkdaşlarına siyasi təzyiq göstərilib. Jurnalistlər qanunazidd əməllərin Baş Nazir Yaneş Yanşa və onun rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyasınadək (SDS) uzanıb getdiyini iddia edirlər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO