Yeni sədrin seçkisi iyulun 7-də olacaq
Türkiyə qanunvericiliyinə uyğun olaraq, 27-ci çağırış Böyük Millət Məclisinə ikinci dövr üçün yenidən sədr seçiləcək.
Rakus.az xəbər verir ki, parlamentin hazırkı sədri Mustafa Şentop yenidən parlamentin rəhbərliyi uğrunda mübarizə aparacaq.
Parlamentinin ikinci dövründə sədrlik uğrunda dörd namizəd mübarizə aparacaq. Parlamentdə təmsil olunan Milliyyətçi Hərəkat Partiyası (MHP) öz namizədini irəli sürməyib. MHP hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentopu dəstəkləyəcək. Bu razılaşma Mustafa Şentopun sədr seçilmək şansını daha da artırır.
Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatır. Yeni sədrin seçkisi isə iyulun 7-də olacaq.