Dünya 06.07.2020 18:49

Moskva-Yerevan gərginliyi artır – TƏHLİL

Rusiya ilə Ermənistan arasında uçurum dərinləşir.

Rakus.az xəbər verir ki, indi Ermənistanın İctimai Televiziyasında rusiyalı müxalifətçi Aleksey Navalnının yayımlanan videosu fonunda yeni qalmaqal yaranır.

Yerevanın “Qraparak” qəzetinin məlumatına görə, “Azadlıq” radio stansiyasının erməni redaksiyasının müxbiri Azu Babayan Rusiyadan qovula bilər.

“Armenia Today”ın iddiasına görə, radiostansiyanın erməni müxbiri Aza Babayan Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin diplomatik arayışına (başqa bir versiyaya görə, ərinin sənədlərindən istifadə edib) sahibdir. Nəşr qeyd edir ki, jurnalistin həyat yoldaşı səfirliyin işçisidir.

Bildirildiyinə görə, “Azadlıq” radio stansiyasının jurnalisti müxtəlif tədbirlərdə maneəsiz iştirak edib, onun jurnalist kimi daxil olması qadağan olan müxtəlif qurumlara girişi olub. Qeyd olunur ki, müxbirlə əlaqədar hazırda “proses” başladılıb, hətta Rusiyadan qovulması da gündəmdədir. Rusiya tərəfi radiostansiyanın müxbirinin dövlət səviyyəsində himayəsi ilə əlaqədar Ermənistandan izahat tələb edib.

Ümumiyyətlə, burada qeyri-adi heç nə yoxdur. Yerevanda müntəzəm olaraq etiraz etməyə öyrədilən “narıncı” fəalların yığıncaqları keçirilir. Rusiyada buna çoxdan diqqət yetiriblər.

Bir çox erməni siyasi xadimləri Rusiyada hakimiyyət dəyişikliyini xəyal etdiklərini gizlətmirlər. Öz ölkəsində deyil, məhz Rusiya Federasiyasında… Beləliklə, “Sasna Tsrer” ümumerməni partiyasının liderlərindən olan Jirayr Səfilyan tezliklə “hazırkı rejimi” əvəz edəcəyini düşündüyü “Rusiyanın gələcək hakimiyyəti”nə müraciət edib.

Jirayr Səfilyanın hesab etdiyinə görə, “Ermənistanın şərq hissəsində iki yüz ildən də əvvəl qurulmuş Rusiyanın strateji hökmranlığı mərhələsi” başa çatır. Ermənistan artıq Rusiyanın forpostu və kolonial qarnizonu olmayacaq.

Erməni siyasətçi əmindir ki, Ermənistan “Rusiya üçün Rusiyanın Ermənistan üçün olduğundan 10 qat daha vacibdir. Bu baxımdan Ermənistanın alternativi var, Rusiyanın isə yoxdur”. Belə bir nəticənin nəyə görə çıxarıldığı çox aydın deyil. Uzaqdan isə tam əksi görünür.

Erməni fəal Samvel Aslikyan, öz növbəsində, məşhur rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanın İctimai Televiziyasında rusiyalı müxalif lider Aleksey Navalnının videosunun nümayişinə verdiyi reaksiyaya münasibət bildirib:

“Navalnı kimdir – armenofob (yalnız Solovyovun dediyinə görə. Bu barədə başqa mənbələr görmədim), seksopatoloq və ya hindli – vecimə də deyil. Bu, sadəcə, siyasi anons idi. Ermənistanın qlobal problemləri olduğu halda, oturub bu barədə yazmaqdan mən özüm də şokdayam. Bu axmaq düzəlişlərə səs verən ermənilər mənim üçün Navalnıdan qat-qat aşağıdır”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO