Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı “Report”un sorğusuna cavab olaraq bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Kənd sakinlərinə heç bir ziyan dəyməyib.
İctimai Televiziyanın xüsusi müxbirinin Tovuzun Ağdam kəndindən verdiyi məlumata görə, ordumuz düşmənə layiqli zərbə endirib və o geri çəkilib.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər intensivləşib.
Oxu.Az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin Tovuzun Ağdam kəndi ərazisindəki mövqelərini artilleriya atəşinə tutur.
Artıq iriçaplı silahlardan da istifadə edilir. Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.