Dünya 17.07.2020 11:02

Hikmət Hacıyev Arsen Xaratyan ilə debata çıxdı

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Aljazeera İnternational” kanalında “İnside Story” verilişində Ermənistan baş naziri N.Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyan ilə debata çıxıb.

Rakus.az xəbər verir ki, Hikmət Hacıyev Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etdiyini, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə törətdiyini qeyd edərək beynəlxalq hüquqa əsasən Ermənistanın hüquqi məsuliyyət daşıdığını bildirib.

H.Hacıyev danışıqlar prosesində münaqişənin mərhələli şəkildə həll edilməli və bu istiqamətdə ilkin addımı kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunuıb, amma  Ermənistan baş nazirinin ziddiyyətli bəyanatları ilə danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb.

O, münaqişənin həllinin siyasi-hüquqi əsaslarının müəyyən olunduğunu və bunun beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsaslandığını deyib.

H.Hacıyev Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək Azərbaycan ərazilərinin ilhaqını həyata keçirdiyini, işğal olunmuş torpaqlarımızda qanunsuz əməllər, o cümlədən qanunsuz məskunlaşma siyasəti apardığını vurğulayıb.

Ermənistan baş nazirinin sabiq diplomatik müşavirinin Ermənistanda demokratiya qurulması barədə iddialarına cavab olaraq H.Hacıyev demokratiya Ermənistanın danışmalı olduğunu sonuncu məsələ olduğunu bildirib.

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistanda inqilabi diktatura qurulur, jurnalistlər və müxalifətçilər həbs olunur: “Demokratik dövlət digər dövlətin ərazisini işğal etmir və qanlı etnik təmizləmə törətmir”.

Qarşı tərəfin qardaş Türkiyəyə qarşı iddialarına cavab olaraq H.Hacıyev Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüldüyünü, Ermənistanda dövlət səviyyəsində şovinizm əsasında “böyük Ermənistan” təbliğatının aparıldığını və gənc nəslin bu ruhda böyüdüldüyü vurğulayıb.

H.Hacıyev Ermənistanın sərhədlərinin bağlı olmasının və Ermənistanın özünü təcrid vəziyyətində yaşamasının günahının Ermənistanın yürütdüyü irticaçı siyasət olduğunu bildirmişdir. H.Hacıyev rasizm, şovinizm prinsipləri əsasında Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının hazırlandığını qeyd edib.

Türkiyə-Ermənistan sərhədinin bağlı olmasına gəldikdə isə Prezidentin köməkçisi Ermənistanın öz ərazisindən hücum edərək Kəlbəcəri işğal etdikdən sonra BMT Nizamnaməsini əsas tutaraq Türkiyənin təcavüzkar ölkə olan Ermənistanla sərhədlərini bağladığını xatırladıb.

H.Hacıyev dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr, Ermənistanın növbəti təxribatı və hərbi avantürası, mülki insanların Ermənistan tərəfindən qəsdən hədəfə alınması faktlarını diqqətə çatdırıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO